Search
3a6b9Gunesh isti hava

Həftənin ilk iş gününün hava proqnozu

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 10-14° isti, gündüz 22-27° isti, Bakıda gecə 11-13° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcəkdir.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 9-14° isti, gündüz 25-30° isti olacağı gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir