Search
2016-06-05-20-32-46gomruk_yoxlanis

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər vahid gömrük prosedurlarını tətbiq edəcəklər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər [Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan] vahid gömrük prosedurları və standartların tətbiqinə dair protokollar imzalayacaqlar.

Bu barədə TDƏŞ baş katibi Ramil Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu, Şuranın bütün ölkələrinə gömrük strukturlarını birləşdirməyə, eləcə də tranzit yüklərin daşınması üçün sadələşdirilmiş və şəffaf gömrük prosedurları tətbiq etməyə imkan yaradacaq.

R. Həsənov bildirib ki, hazırda protokollar hazırlanma mərhələsindədir.

Mənbə: Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir