Search
milli_valyuta1

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz qalıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7843 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:
21 aprel 0,7843 28 aprel 0,7843
22 aprel 0,7843 29 aprel 0,7843
23 aprel 0,7843 30 aprel 0,7843
24 aprel 0,7843 1 may 0,7843
25 aprel 0,7843 2 may 0,7843
Həftə ərzində orta 0,7843 Həftə ərzində orta 0,7843


Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7830 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr aprelin 28-də 0,841 milyon dollar, aprelin 29-da 1,931 milyon dollar, aprelin 30-da 2,235 milyon dollar, mayın 1-də bir milyon dollar və mayın 2-də 0,710 milyon dollar həcmində həyata keçirilib.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:
21 aprel 0,7830 28 aprel 0,7830
22 aprel 0,7830 29 aprel 0,7830
23 aprel 0,7830 30 aprel 0,7830
24 aprel 0,7830 1 may 0,7830
25 aprel 0,7830 2 may 0,7830
Həftə ərzində orta 0,7830 Həftə ərzində orta 0,7830


USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

taraz.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir