Search
ad89fdf7c2a8e198906963c9a7d65dbf_XL-e1453787549959

“Günay Bank” mənfəətini açıqladı

Ötən il 3,56 milyon manat zərər edən “Günay Bank” 2016-cı ilin birinci rübünü 2,02 milyon manat xalis mənfəət ilə başa vurub. Yanvar-Mart aylarında Bankın cəmi gəlirləri 1 milyon 539 min manat, o cümlədən faiz gəlirləri 1 milyon 406 min manat, qeyri-faiz gəlirləri 132 min 152 manat təşkil edib. Xərclər çıxıldıqdan sonra Bankın 832 min 379 min əməliyyat mənfəəti qalıb. Həmçinin ehtiyatlardan 1 milyon 183,44 min manat götürülərək əməliyyat mənfəətinə əlavə edilib. Nəticədə Bankın vergilər ödənilənədək xalis mənfəəti 2 miyon 15,819 min manat təşkil edib. Bank 1-ci rübdə mənfəət vergisi ödəməyib.

31 Mart 2016-cı il tarixinə “Günay Bank”ın cəmi aktivləri 98 milyon 942 min manat, kredit portfeli 103 milyon  718 min manat, öhdəlikləri 35 milyon 7720 min manat və cəmi kapitalı 63 milyon 222 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin 1-cü rübü üzrə maliyə hesabatlarını açıqlayan bankların çoxu mənfəət açıqlayıblar.

Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir