Search
photo_43531

“Formula 1” günlərində hara getmək olar?

Məlum olduğu kimi, 17-19 iyun tarixlərində Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisi ilə bağlı paytaxtda bir sıra tədbirlər təşkil olunacaq. Buro 24/7 Azerbaijan şəhərimizə gələn turistlərin bu möhtəşəm idman bayramında üz tutacağı sərgi, konsert və restoranların siyahısını tərtib edib.

KONSERTLƏR

Kris Braunun konserti
Harada: Dənizkənarı bulvar
Nə zaman: 17 iyun saat 19:00-da
“Formula 1” Qran Pri Avropa yarışları çərçivəsində dünya şöhrətli ifaçı Kris Braunun konserti baş tutacaq. Konserti yalnız idman yarışına üç günlük bilet alan şəxslər izləyə bilərlər.

“Formula 1” günlərində hara getmək olar?

Enrike İqlesiasın konserti
Harada: Dənizkənarı bulvar
Nə zaman: 18 iyun saat 19:30-da
Dünyaca məşhur müğənni Bakıda keçiriləcək “Formula 1” yarışları çərçivəsində şəhərimizdə konsert verəcək. Konsertdə yeni albomdan olan mahnılar səslənəcək.

“Formula 1” günlərində hara getmək olar?

Farrell Uilyamsın konserti
Harada: Dənizkənarı bulvar
Nə zaman: 19 iyun saat 19:00-da
Dünyaca məşhur müğənninin konserti “Formula 1” yarışlarının Qran Pri Avropa çərçivəsində keçirilir.

“Formula 1” günlərində hara getmək olar?

İvan Dornun konserti
Harada: Eleven
Nə zaman: 18 iyun saat 21:00-da
Ukraynanın populyar ifaçısı İvan Dornun Bakıda növbəti konserti “Formula 1” günlərində keçiriləcək. “Para Normalnıx” qrupunun keçmiş üzvü olan ifaçı hazırda solo karyera ilə məşğuldur.

“Formula 1” günlərində hara getmək olar?

ƏYLƏNCƏ GECƏLƏRİ

“Billionaire Club” Bakıda
Nə zaman: 17-19 iyun
“Formula 1″in ən möhtəşəm əyləncə tədbirlərindən biri olan “Billionaire Club” Bakıya gələrək yarış həftəsonunun hər üç günü ərzində sürət həvəskarlarına unudulmaz anlar yaşadacaq. Tədbirin iştirakçıları arasında hər zaman məşhur iş adamları, dünya ulduzları, Formula 1 pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkündür. Bakıda keçiriləcək tədbirdə də bu istisna təşkil etməyəcək.

“Formula 1” günlərində hara getmək olar?

Bütün dünyada məşhur olan 10AK klubunun açılışı
Harada: “Fairmont Baku” Flame Towers otelində
Nə zaman: 17-19 iyun tarixlərində
Nyu-York, Las-Veqas, Los-Anceles və Meksikada geniş tanınan 10AK dəbdəbəli gecə klubu 2016 Formula 1 Grand Prix of Europe həftə sonunda Fairmont Baku Flame Towers otelində açılacaq. 10AK klubunda ilk eksklüziv axşam tanınmış musiqiçi və ifaçı Kris Braunun çıxışı ilə başlayacaq. İyunun 18-də klubun qonaqlarını superulduz Timati qarşılayacaq, yekun axşamda isə qonaqları təşkilatılardan sürpriz gözləyir. Xüsusi dəvət olunmuş qonaq isə partini iyunun 19-da yekunlaşdıracaq. Unudulmaz həftə sonlarını təmin edərək 10AK bütün dünyada ən zövqlü auditoriyaları fəth etməyə davam edir.

“Formula 1” günlərində hara getmək olar?

Formula Live Party
Harada: Enerji Club
Nə zaman: 17 iyun saat 23:00-da
Enerji klubda rəsmi Formula Live Party keçiriləcək. “Formula 1” həyəcanını hiss etməyə tələsin.

“Formula 1” günlərində hara getmək olar?

Yacht Club Party Formula-1
Harada: Yaxt klub

Nə zaman: 17-19 iyun saat 21:00-da
Monako, Kann, Dubay, Əbu-dabidə keçirilən dünyaca məşhur “parti” Bakıda “Formula 1” həvəskarlarını bir araya toplayacaq. Bu həftə sonu sizi Qran Pri Formula-1 həsr olunmuş sonsuz bayram sevinci gözləyir. Tədbirin xüsusi qonaqları Dubayın, Nyu Yorkun, İspaniyanın, Cənubi Amerikanın ən yaxşı DJ-ləri olacaq.

“Formula 1” günlərində hara getmək olar?

After Party
Harada: Buddha Bar Baku
Nə zaman: 18 iyun saat 23:00-da
Budda Bar Baku və Mercedes komandası sizi Mercedes Formula 1 komandasının pilotlarının yarışına həsr olunmuş tədbirə dəvət edir. Bu axşam canlı əfsanələrin imzaladıqları köynək və papaqlar oynanılacaq. Restoranın brend şefi Şiqiki yalnız bu həftə dada biləcəyiniz xüsusi set hazırlayacaq.

“Formula 1” günlərində hara getmək olar?

Red Bull Night Race
Harada: Enerji Club
Nə zaman: 19 iyun saat 22:00-da
“Formula 1” ab-havasını yaşamaq istəyirsinizsə, bu tədbiri qaçırmayın.

“Formula 1” günlərində hara getmək olar?

SƏRGİLƏR

Corc Kondonun sərgisi
Harada: Heydər Əliyev Mərkəzi
Nə zaman: noyabrın 6-dək
Corc Kondo müasir dövrün tanınmış avanqard rəssamlarından biridir. “Corc Kondo. Şəxsi kolleksiyada seçmələr” sərgisində rəssamın 70-ə yaxın əl işi – rəsm əsərləri, heykəllər və s. təqdim olunacaq.

“Formula 1” günlərində hara getmək olar?

Aida Mahmudovanın sərgisi
Harada: YAY gallery-də

Nə zaman: avqustun 13-dək
“Umwelt” sərgisində rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi “Flower beds”, “Landscape”, “Indigo”, “Rockbed”, “Overgrown”, “The Coral” əsərləri, habelə “The Shard” heykəltəraşlıq nümunəsi yer alıb.

“Formula 1” günlərində hara getmək olar?

“Müqavimət haqqında 300 söz”
Harada: YARAT Müasir İncəsənət Mərkəzi

Nə zaman: 9 oktyabra qədər
Sərginin iş saatları: Çərşənbə axşamı – Bazar, saat 11:00 – 20:00
Sərgidə Azərbaycanın 7 gənc rəssamı Fərhad Fərzəliyev, İlkin Hüseynov, Sitara İbrahimova, Aida Mahmudova, Elturan Məmmədov, Habib Saher, Zamir Süleymanov və 7 modern incəsənət ustaları Eldar Ağamalov, Ənvər Əsgərov, Rasim Babayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov və Tələt Şıxəliyevin əsərləri təqdim olunur.

“Formula 1” günlərində hara getmək olar?

“Kiçik yalanlar”
Harada: YARAT Müasir İncəsənət Mərkəzi

Nə zaman: 9 oktyabra qədər
Sərginin iş saatları: Çərşənbə axşamı – Bazar, saat 11:00 – 20:00
Sərgidə belçikalı rəssam Devid Klarbout və danimarkalı rəssam Soren Tilo Funderin əsərləri təqdim olunur. “Kiçik yalanlar” – iki rəssamın seçilmiş əsərləri vasitəsilə insanın fiziki reallıq hüdudlarını işıqlandırır, həmin reallığın təzahürlərində sosial müəmmaları təqdim etmək imkanlarını nümayiş etdirir.

“Formula 1” günlərində hara getmək olar?

buro247.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir