Search
photo_42573

17 İYUN Tarixdə

1993-cü il. Azərbaycanın Ağdərə rayonu erməni təcavüzkarları tərəfindən işğal edilib. İşğaldan əvvəl rayonun ərazisi 1.705 kvadrat kilometr, əhalisi 44.400 nəfər olub.

İyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 17 iyun tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, iyunun 17-si ölkədə Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

1947-ci il. Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” ordenli opera müğənnisi Fidan Qasımova anadan olub. Müğənninin zəngin repertuarına Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Arif Məlikov, Niyazi, Mixail Qlinka, Pyotr Çaykovski, Sergey Raxmaninov, A.Stradella, İohan Sebastyan Bax, Georq Fridrix Hendel və başqa bəstəkarların kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları – “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. daxildir. F.Qasımova “Kədərimiz… Vüqarımız…”, “Maestro Niyazi”, “Rəşid Behbudov 20 il əvvəl”, “Üç eskiz”, “Ürəkdən-ürəyə”, “Üzeyir ömrü” sənədli filmlərində, “Torpaq. Dəniz. Od. Səma” bədii filmində çəkilib.

1944-cü il. İslandiya Danimarkadan ayrılıb və respublika elan edilib. İslandiya Atlantik okeanının şimal hissəsində yerləşən ada dövlətidir

Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir