Search
IMG_8932

Tələbələr “FINCA Azerbaijan”da təcrübə keçdi

Tələbələr “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatında təşkil olunan yay təcrübə proqramında iştirak edib. Müxtəlif universitetlərdən olan 5 nəfər tələbə Təşkilatın baş ofisində 1 ay müddətinə təcrübə keçərək şirkətin real iş mühiti ilə yaxından tanış olmuş və bir sıra  yeni vərdişlərə yiyələnmişdir.

Yay təcrübə proqramının yekunu olaraq  tələbələrə tövsiyə məktubları təqdim olunub. “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant təqdimat mərasimində iştirak edərək tələbələrə bu proqrama qoşulduqları üçün təşəkkür etmiş və onlara gələcək işlərində uğurlar arzulamışdır.

“FINCA-dakı yay təcrübə proqramı mənim üçün çox faydalı oldu. İlk öncə səmimi mühit, əməkdaşların öz təcrübəsini paylaşmaq həvəsi mənim çoxxoşuma gəldi. Nəzəriyyədə öyrəndiyim bir çox şeyləri praktikada görə bildim və bəzi vərdişlərə yiyələndim”, -deyə Təşkilatın  Marketinq departamentində təcrübə keçmiş  Eltac Həsənova bildirib.

Yay təcrübə proqramı Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsi çərçivəsində təşkil olunub. Bu layihədə bir sıra bank-maliyyə qurumları iştirak edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər təşkil olunur və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri həyata keçirilir. Təlimlərin sonunda keçirilən test imtahanında uğurlu nəticə nümayiş etdirən tələbələr1 aylıq təcrübə proqramına cəlb olunur.

Students Attended Internship Program at FINCA Azerbaijan

A student group took part in a summer internship program at “FINCA Azerbaijan” Non-Bank Credit Organization. Five students from different universities had an opportunity to get acquainted with real work environment at the Organization and develop their some skills by attending one month internship program.

At the end of the summer internship program, students were presented recommendation letters. FINCA Azerbaijan CEO TimothyTarrant took part in the award ceremony thanking the students for their attendancein the program and wished them good luck in their future careers.

“The Summer Internship program at FINCA became very beneficial for me,” Eltaj Hasanova, internat marketing department said. “I especially liked the friendly environment and the enthusiasm of my co-workers who shared their knowledge with me. I could see many things that I learnt theoretically in practice and I obtained new skills as well.”

The summer internship program is being held within the framework of the Central Bank’s project of “Financial Literacy: the road leading to a professional career.” A number of banking and financial institutions are taking part in this project with various training and study tours organized with financial institutions that participate in it. At the end of these trainings the students passing the exams successfully are accepted to the one month internship program.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir