Search
FINCA_2CP_H

“FINCA Azerbaijan” kredit ödənişində çətinliyi olan müştərilərinə əla güzəştlər.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı hazırkı iqtisadi şəraitdə kredit ödənişlərində çətinlik çəkən müştərilərinə fərdi yanaşaraq onlara daha rahat ödəniş imkanları təklif edir. Təşkilat müştərinin istəyinə uyğun olaraq hər iki valyutada olan kreditlərin ödəniş müddətini uzatmaq, dollar kreditlərini manata konvertasiya etmək, gözləmə muddəti və illik faiz endirimləri vermək və fərdi ehtiyaclara uyğun digər guzəştlər etməyi nəzərdə tutur.

“FINCA Azerbaijan”ın bu güzəşt  təklifləri  devalvasiyadan sonra yaranmış iqtisdadi mühitdə müştərilərə kredit öhdəliklərini zəifləmiş ödəniş qabiliyyətlərinə uyğun geri ödəməyə şərait yaratmaq və onlara  müsbət kredit tarixçələrini  qorumağa kömək etmək məqsədi daşıyır.

Hazırda kredit ödənişlərində çətinlik çəkən hər bir müştəri FINCA filiallarına yaxınlaşaraq bu imkanlardan faydalana və real güzəştlərdən yararlana bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir