Search
Jale Haciyeva - AMA

Fermerlərə verilən kreditlər də sığortalanacaq

Azərbaycanda kənd təsərrüfatı fermerlərinə verilən kreditlər sığortalanacaq.  kreditxəbər Fins.az  istinad olaraq məlumat verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) ölkədə kənd təsərrüfatı kreditlərinin sığortalanması sisteminin tətbiqi ilə bağlı hazırladığı təkliflər üzərində işi başa çatdırıb. AMA-nın sədri Jalə Hacıyevanın sözlərinə görə, təkliflər AMA-nın direktor şurasında müzakirə ediləcək, gələn həftə isə Azərbaycan Sahibkarlar Konfederasiyasının maliyyə məsələləri üzrə komissiyasına təqdim ediləcək. “ASK isə təkliflərə baxdıqdan sonra onları Kənd Təsərrüfatı Nazirliyinə təqdim edəcək” – deyə Jalə Hacıyeva bildirib.

Xatırladaq ki, kənd təsərrüfatı kreditlərinin sığortalanmasında məqsəd, kənd təsərrüfatının maliyyələşdirilməsinə marağın artırılması, bu sahədə fəaliyət göstərən bankların və digər kredit təşkilatlarının risklərinin azaldılmasıdır.

AMA sədri qeyd edib ki, aqrar kreditləşmədə sığorta mexanizminin tətbiqi dövlətin, özəl biznes strukturlarının və xarici investorların tərəfdaşlığı ilə mümkün ola bilər: “ Artıq 2 xarici investor var ki, onlar bu sistemin tətbiqinə qoşulmaq istəyirlər. Həmin şirkətlər Fransa və Niderland şirkətləridir və öz ölkələrində kənd təsərrüfatı kreditlərinin sığortalanması sistemində uğurla iştirak edirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir