Search
sosial .'b'k'

Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?

“Global Stats” statistik mərkəzinin hesablamalarına görə, Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı son bir ayda 2,3 faiz artıb. “Global Stats”ın məlumatına  əsasən, Azərbaycanda Facebook sosial şəbəkəsinin payına sosial media bazarının 73,67%-i düşür. Beləliklə, son bir ayda sosial şəbəkənin istifadəçilərinin sayı 2,3%, ilin əvvəlinə nisbətən 11,7%, ötən ilin müvafiq dövrünə nisbətən isə 6,8% artıb. 
İstifadəçi marağına görə, ikinci yeri 10,87% bazar payı ilə Twitter sosial şəbəkəsi tutub. Onun bazar payı son bir ayda 5,4% artıb. 
Üçüncü yerdə 4,52% bazar payı ilə YouTube sosial şəbəkəsi yerləşib. “Odnoklassniki” şəbəkəsinin Azərbaycanda bazar payı 1,37% təşkil edir.  Hazırda “Odnoklassniki” sosial şəbəkəsi öz yerini “Pinterest” sosial şəbəkəsinə verib və sonuncunun bazar payı son bir ildə 72,9% artıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir