Search
1465269854211018909_1000x669

“Expressbank” nağdlaşdırmaya görə komissiyaya dəyişiklik edib

“Expressbank” plastik kartlar istifadəçilərinə daha çox üstünlüklər təqdim edir.

Bankdan bildiriblər ki, nağdlaşdırma zamanı debet kartları üzrə heç bir komissiya tutulmur. POS-terminal vasitəsilə ödəniş etdikdə ödənilən məbləğin 0,3 faizdən 20 faizədək hissəsi yenidən hesaba qayıdır.

Plastik kart sahibləri hesabını artırmaq üçün banka gəlməyə də bilər. İstifadəçilər ölkə üzrə 500-dək “ExpressPay” ödəniş terminalı və ya şəxsi kabinet vasitəsilə istənilən zaman hesabını artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirə bilərlər. Vəsait hesaba dərhal oturur və qəbz təqdim edilir.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir