Search
elmar_rustamov_

Elman Rüstəmov: “Bank of Azerbaijan”ın müvəqqəti likvidlik problemi var

Mərkəzi Bank “Bank of Azerbaijan”da yaranan problemlərə aydınlıq gətirib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov şənbə günü jurnalistlərə bildirib ki, “Bank of Azerbaijan”ın müvəqqəti likvidlik problemi var: “Biz onu bilirik. Mərkəzi Bank “Bank of Azerbaijan”ın həm sahibləri ilə, həm də onun menecmenti ilə danışıqlar aparır. Ümid edirik ki, bu danışıqlar müvəffəqiyyətli olacaq”.

Qeyd edək ki, bir sıra KİV-də “Bank of Azerbaijan” ASC-nin müflis olması, işçilərinin ixtisar olunması, filiallarının bağlanması barədə yazılar dərc olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir