Search
BT

“Bank Technique” ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal üzrə turnir təşkil edir

“Bank Technique”, əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 91-ci il dönümünə həsr olunmuş futzal üzrə turnirə start verir.

Yarışa “Bank Technique”in departamentləri, filialları, şöbələri və törəmə müəssisələri əməkdaşlarından ibarət, ümumilikdə 12 komanda qatılıb.

Turnirin şərtlərinə görə, komandalar püşk atma yolu ilə müəyyənləşən 2 qrupa bölünüb. Hər qrupda ilk 4 yeri tutan komanda dörddə bir finala vəsiqə qazanacaq və öz aralarında mübarizəni davam etdirəcəklər.

Oyunlar şənbə və bazar günləri Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 27, E. Məmmədov adına 21 saylı məktəbin stadionunda keçiriləcək. İlk oyun mayın 10-da, turnirin final oyunu isə iyunun 28-də oynanılacaq.

Qaliblər bank tərəfindən kuboklar, fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir