Search
Ipoteka-SN

Mərkəzi Bank: İpoteka strategiyası layihəsi Azərbaycan hökumətinə təqdim olunub

İpoteka strategiyası layihəsi hazırdır və Azərbaycan hökumətinə təqdim olunub.

Bunu şənbə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, ipoteka sahəsində strategiya dəfələrlə danışılan bütün çatışmazlıqları (söhbət tikinti əmanət banklarından, xüsusi şəraitdə əlverişli mənzilin tikintisindən və digər mexanizmlərdən gedir) əhatə edir: “Biz onun reallaşdırılmasına sənəd təsdiqlənəndən sonra başlaya bilərik”.

Bununla belə, AMB sədri sənədin təsdiq edilməsinin tarixini açıqlamayıb.

E.Rüstəmov qeyd edib ki, tənzimləyici ölkədə vahid ipoteka siyasətinin formalaşdırılmasının tərəfdarıdır: “Fikrimizcə, vahid yanaşma və strategiya ən doğru qərardır, çünki yekunda istənilən mənzil təşəbbüsləri və proqramları maliyyə aspektində birləşir. Bütün bu məsələlərin vahid strategiya çərçivəsində həll edilməsi arzu olunandır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir