Search
14592380185668230337_554x360

Valyuta adlarının mənasını necə, bilirsinizmi ?

Planetimizdə çox sayda pul vahidi var – təxminən elə mövcud mədəniyyətlər və dillər qədər. Bəs indiyədək dolların niyə məhz bu cür adlandırıldığı sizi maraqlandırıb? Bu yaxınlarda, “OxfordWords” lüğətində dünya valyutalarının adlarının etimologiyasının açıqlandığı qeyd dərc olunub. Bəs bu sözlər necə əmələ gəlib?

“Dollar”

Dünyada ən çox yayılan valyutadır. Bundan başqa, eyniadlı pul vahidindən ABŞ, Avstraliya, Kanada, Fici, Yeni Zelandiya, Sinqapur və digər ölkələrdə istifadə olunur. Flaman və almancadan tərcümədə Joachimsthal – “İohamin vadisi” mənasını verən şəhər adıdır. Burada bir vaxtlar gümüş istehsal olunub. Bu gümüşdən kəsilən qəpiklər “Joachimsthaler” adlandırılmağa başlayıb, bu ad sonradan qısaca olaraq, “taler” kimi işlənməyə başlayıb və nəticədə “dollar” sözü əmələ gəlib.

“Peso”

“Peso” ispancadan hərfi tərcümədə “çəki” deməkdir.

“Lira”

İtaliya və türk lirəsi latın sözü olan “libra” sözündən götürülüb, mənası “funt” deməkdir.

“Marka”

Almaniyaya və Finlandiyaya avronun gəlişindən əvvəl pul vahidi olaraq “marka” istifadə olunurdu, bu söz də tərcümədə “çəki” deməkdir.

“Rial”

Latın söz olan “regalis” tərcümədə “krala məxsus” mənasını verir. Oman və İran rialı məhz bu sözdən əmələ gəlib. Onlardan başqa, bu valyutadan Qətər, Səudiyyə Ərəbistanı və Yəmən istifadə edir, avroya keçənə qədər isə həm də İspaniya istifadə edirdi.

“Rend”

Cənubi Afrika rendinin adının mənşəyi dolların tarixinə bənzəyir – “Vitvatersrand” dağlıq massivi qızılla çox zəngin bölgə kimi tanınıb, eyniadlı şəhərdə isə XIX əsrin sonlarında əsl “qızıl qızdırması” mövcud idi.

Çin yuanı, yapon yeni, koreya vonu

Çinin “圓” heroqlifi “dairəvi” və ya “dairəvi qəpik” mənasını verir. Bu üç valyutanın adlarının mənası da məhz bu heroqlifdən gəlir.

“Kron”

Skandinaviya ölkələrinin çoxunun istifadə etdiyi bu valyuta adını latın dilindəki “corona”, yəni tac sözündən götürüb. İsveç, norveç, danimarka, islandiya, çexiya və estoniya valyutalarının adı məhz bu latın sözündən götürülüb (sonuncu ölkədə bu valyutanı avro əvəzləyib).

“Dinar”

İordaniya, Əlcəzair, Serbiya və Küveytin pul vahidi belə adlanır. Bu, latın sözü olan “dinariy”in qısaldılmış formasıdır. Qədim Romada belə gümüş qəpiklər istifadə olunurdu.

“Rupi”

Bu sanskrit sözünün mənası “döyülmüş gümüş” deməkdir və Hindistan, Pakistan və İndoneziyada istifadə olunur.

“Funt”

Britaniya funtu (pound) sözünün mənası latın sözü olan “poundus” sözündən əmələ gəlib və mənası “çəki” deməkdir. Valyutadan Misir, Livan, Cənubi Sudan, Sudan və Suriyada istifadə olunur.

“Rubl”

Rusiya və belarus rublu adını gümüşün ölçü vahidindən götürür.

“Zlotıy”

Rusdillilər üçün bu sözün etimologiyası şəffafdır – polyak dilindən tərcümədə “qızıl” deməkdir.

“Forint”

Macar forinti mənşəyini italyan dilindəki “fiorino” sözündən götürüb – Florensiyada bu adda qızıl qəpiklər mövcud olub. Onun üzərində çiçək və ya italyanca desək, “fiore” təsvir olunub.

“Rinqqit”

Qəpiklər qiymətli metallardan hazırlandığı vaxt saxtakarlar bu qəpiklərin kənarlarından kəsərək yeni qəpiklər hazırlayırdılar. Bunun qarşısını almaq üçün qəpiklərin kənarını nahamar etməyə başladılar və malaycadan “diş-diş” kimi tərcümə olunan “rinqqit” valyutası yarandı.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir