Search
Demir_Bank_100511

“DəmirBank” “Yığım” əmanətini təqdim edib

DəmirBank” əmanət çeşidi sırasını genişləndirərək, yeni “Yığım” əmanətini müştərilərə təqdim edib.

 Bankdan  kreditxəbərə  verilən  məlumata görə, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək bankın filiallarında əmanət hesabı aça bilər.

 Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5% hesablanır.

 “Yığım” əmanəti bir sıra üstünlüklərə malikdir: istənilən  zaman əmanəti artırmaq imkanı, əmanət məbləğinin istənilən zaman cəriməsiz tam və ya qismən çıxarılması, müştərilərin gələcək maliyyə durumlarını sığortalanması, 3-cü şəxsin adına da açıla bilməsi və s.

 Əmanət məbləği 10 000 manat və ya ABŞ dollarını keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ bankın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

 “Əmanət çeşidi” proqramı üzrə bank hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir – “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq”.

 Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir