Search
1371849956_demirbank

“DəmirBank”dan şəhid ailələrinə dəstək

Bir neçə gündür ki, ordumuz torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə aparır. Bu döyüşlərin nəticəsi olaraq hərbi qüvvələrimiz işğal edilmiş torpaqlarımızın bir hissəsini düşmənlərdən azad etməyə nail olmuşdur. Təəssüflər olsun ki, hərbi əməliyyatlar nəticəsində igid oğullarımız Vətən uğurunda şəhid olmuşdur.

“DəmirBank” ASC döyüşlərdə şəhid olmuş şəxslərin ailələrinə və yaralanmış əsgərlərimizə maddi yardımın göstərilməsi məqsədilə sosial kampaniyaya start vermişdir. Kampaniya çərçivəsində xüsusi açılmış hesaba “DəmirBank” ASC əməkdaşları tərəfindən vəsaitlərin yatırılmasına artıq başlanılıb. Yığılmış vəsaitlər həmin şəxslərin adlarına açılacaq əmanət hesabına yatırılacaq və istənilən zaman istifadə edə bilsinlər deyə plastik kartda təqdim olunacaq.

Həmçinin, zərərçəkmiş şəxslərin DəmirBank-da olan kreditləri üzrə öhdəliklərinin bağışlanması da nəzərdə tutulub.

“DəmirBank ailəsi olaraq, işğal edilmiş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik”.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir