Search
1371849956_demirbank

“DəmirBank”da vakansiya

DəmirBank ASC Problemli Aktivlərin Idarə olunması və Hüquqi tənzimlənməsi Departamentinin Operativ Yığım Xidmətinin Mərkəzi şöbəsinə mütəxəssis  vəzifəsinə işə qəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Müştərini onun işinin Bankın Problemli Aktivlərin İdarə olunması və Hüquqi Tənzimləmə  Departamentinə daxil olması barəsində məlumatlandırmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslər ilə telefon və birbaşa əlaqələr yaradıb danışıqlar aparmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlarda, iş yerlərində qeyd olunan şəxslərlə görüşlərin təşkili, onlara borca dair bildirişlərin və xəbərdarlıq məktublarının çatdırılmasını təmin etmək;
• Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirmək;
• Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işini aparmaq;
• Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət etmək;
• Borcların bərpasına dair hesabatları hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali təhsili olanlara üstünlük verilir;
• Xüsusi tələblər: stressə davamlı olmaq, inandırmaq qabiliyyətinə malik olmaq, insan psixologiyasına bələd olmaq, detallara qarşı diqqətli olmaq, analitik düşüncə tərzinə sahib olmaq, müxtəlif tipli insanlarla rahat  ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığına malik olmaq;
• Problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş təcrübəsinə sahib olmaq;
• Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanına sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 aprel 2016-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Operativ Yığım Xidmətinin Mərkəzi şöbəsinə mütəxəssis vəzifəsinə göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir