Search
demirbank-logo-yeni_07102010

DəmirBank-dan səyahətə gedənlər üçün gözəl fürsət

DəmirBank səyahətə gedənlər üçün “Səyahət krediti” adlı güzəştli kredit aksiyası keçirir. Aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə turizm şirkətlərində səyahət paketi alanlara maksimum 6000 AZN-dək kredit, 12 aylıq müddətə təqdim edilə bilər. Bundan başqa aksiya çərçivəsində müştərilərə pulsuz Visa Classic kartı, 3000 AZN-dən yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti veriləcək.
RV Travel, AIT Travel, BY Travel, Veklemtour və OK Tours agentliklərindən səyahət paketi alanlara illik faiz dərəcəsində güzəştlər təqdim ediləcək. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.
DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
demirbank.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir