Search
ipoteka fondu

Azərbaycanda elektron ipoteka sisteminə texniki dəstəyin podratçısı müəyyən edilib

Ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) bir sıra informasiya sistemlərinə texniki dəstək göstərilməsi üzrə podratçını seçib. Trend-in məlumatına görə, bu barədə AİF-in çərşənbə günü yaydığı xəbərdə deyilir.

Məlumatda bildirilir: “Elan edilmiş tenderin qalibi “GT Solutions” MMC oldu. Şirkət ilə müvafiq müqavilə iyunun 30-da bağlanıb”.

Podratçı elektron ipoteka, “GNI Software” avtomatlaşdırılmış mühasibat sistemlərinə, eləcə də Fondun informasiya mübadiləsinin modul sisteminə texniki dəstək göstərəcək.

AİF 2005-ci ilin dekabrında yaradılıb, 2006-cı ilin martından isə ipoteka kreditlərinin verilməsinə başlayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir