Search
db

DəmirBank ASC Operativ Nəzarət şöbəsinə Aparıcı mütəxəssis

DəmirBank ASC Operativ Nəzarət şöbəsinə Aparıcı mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

 Bankda daxili nəzarət sisteminin vəziyyətini müəyyən etmək üçün filiallara ezam olub (rayon fillialları daxil olmaqla) müştərilərin dosyelərində təhlilin keyfiyyətini, sənədlərdə göstərilən məlumatların doğruluğunu yoxlamaq;
 Müştəri ilə görüşüb/əlaqə saxlayıb sənədlərdə göstərilən məlumatları reallıq əsasında fərdi müəyyən etmək;
 Filiallarda həmçinin əməliyyat, mühasibat və xəzinədarlıq işinin təşkili və onların bankdaxili prosedurlara uyğun aparılmasını yoxlamaq;
 Vaxtaşırı Bankın müxtəlif departamentlərinin işinin yoxlanmasında iştirak etmək;
 Yoxlamanın nəticəsində razılaşdırılmış formada hesabatı hazırlayıb şöbə müdirinə təqdim etmək;
 Filiallarda baş verən tendensiyaları elektron sistem vasitəsi ilə izləmək və buna əsasən yoxlamalara hazırlaşmaq.

Namizədə qarşı tələblər:

 Ali iqtisadi təhsil;
 Azərbaycan dilini yaxşı səviyyədə bilməli (rus və ya ingilis dilini bilənlərə üstünlük verilir);
 Bank sahəsində ən azı 1 il iş təcrübəsi (kredit mütəxəsisi, nəzarətçi vəzifələrində təcrübə) olmalı;
 Analitik təhlil qabillətinə malik olmalı;
 Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müstəb göstəricilərə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir