Search
banknews.az_2016-03-02_10-20-30-600x400

Mərkəzi Bankın sədri manatla bağlı proqnoz verdi

Manat ilin sonuna qədər sabit məzənnədə olacaq. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib: “Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur”.

“MANATIN MƏZƏNNƏSİ NEFT QİYMƏTLƏRİ İLƏ BAĞLI DEYİL”

Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur: “Manat üzən məzənnə fonunda sabitləşməyə çalışır. Manatla bağlı proqnozlara gəlincə, bu, həm daxili, həm də xarici amillər, neftin qiymətləri ilə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət də bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”.

“EHTİYATLARIMIZ ARTIR”

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb.

Mənbə: Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir