Search
atm all 2

“DəmirBank” ATM şəbəkəsini genişləndirir

Bakı və regionlarda geniş xidmət şəbəkəsinə malik olan“DəmirBank” müştərilərin rahatlığını düşünərək bankomatların sayını artırır. Əhalinin ən çox alış-veriş etdiyi və toplaşdığı əsas məkanlardan olanMetroPark, Port Baku, Ganjlikvə 28 Mall-larda “DəmirBanka” məxsus ATM-lər yerləşdirilib.

Müştərilər “DəmirBank”-ın ATM-ləri vasitəsi ilə ənənəvi xidmətlərdən başqa, Card-to-Card, Cash by Code kimi əlavə üstünlüklərdən yararlana bilərlər. Belə ki, Card-to-Card xidmətindən istifadə edərək, pul vəsaitlərini  bir kartdan digər karta tez və rahat şəkildə köçürmək mümkündür.Bu xidmət kredit xəttinin ödənişi üçün də əlverişlidir. Cash by Code xidmətinin əsas üstünlüyü isə Banka yaxınlaşmadan ATM vasitəsi ilə 5 manatdan 500 manatadək pul göndərmək imkanıdır.

Həmçinin,DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə Banka məxsus terminallar vasitəsi ilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanını yaratmışdır. Hazırda Cash-in terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlardan əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.

Bank müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirir və bu məqsədlə gələcəkdə terminal sayının artırılması və yeni xidmətlərin əlavə edilməsi gözlənilir.

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/

www.facebook.com/demirbank.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir