Search
30225660

Azərbaycanda sənaye zonalarının yaradılmasına 71 milyon investisiya yatırılır

Artıq Azərbaycanda müəyyən müddət ərzində hər bir rayonda sənaye zonalarının yaradılması istiqamətində işlər aparılır. Birinci pilot layihə Neftçala rayonunda icra edilir.

Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev açıqladığı məlumata əsasən, Neftçalada artıq səkkiz layihə hazırdır və bu layihələrin icrasına 40 milyon manat investisiya qoyulacaq. İkinci sənaye zonası Masallı şəhərində yaradılacaqdır. Masallı sənaye zonasında fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 33 layihə təqdim olunub.Bu layihələrin investisiya həcmi 31 milyon manatdır.

“Bu, çox müsbət inkişafdır. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz qərarlar icra edilir. Əminəm ki, digər şəhər və rayonlarımızda da buna oxşar proseslər sürətlənəcək. Çünki hər bir rayonda sənaye potensialının inkişafı üçün gözəl imkanlar var. Biz ilk növbədə özümüzü bütün sənaye məhsulları ilə təmin etməliyik. Eyni zamanda, çox ciddi ixrac potensialı da yaratmalıyıq və xarici bazarlara çıxmalıyıq.Bununla bərabər, bu, məşğulluq problemlərinin həllinədə çox müsbət təsir göstərəcəkdir”.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir