Search
istiqraz

“City Finance”ın istiqrazlarının yerləşdirilməsinə başlanılır

Bakı Fond Birjası” QSC-nə (BFB) “City Finance Bank olmayan Kredit Təşkilatı” MMC -nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunmuşdur.

Birjadan “Marja”ya daxil olmuş məlumata görə,  28 mart 2014-ci il tarixindən etibarən BFB-də “City Finance Bank olmayan Kredit Təşkilatı” MMC -nin istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Emissiyanın parametrlərinə görə, emissiyanın ümumi həcmi 500 000 AZN, yerləşdiriləcək istiqrazların sayı 500 ədəd, bir istiqrazın nominal dəyəri 1 000 AZN təşkil edir.

İstiqrazların tədavül müddəti 2 təqvim ili, istiqraz üzrə gəlirlilik isə 11 % müəyyən olunmuşdur.

Faiz ödənişi hər təqvim ilinin son iş günü həyata keçiriləcəkdir.

Yerləşdirmənin anderrayteri “İnvest-AZ” MMC-dir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

“City Finance Bank olmayan Kredit Təşkilatı” MMC-nin istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

Mənbə: marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir