Search
Khinalug

Cənubi Qafqazda vahid piyada turizm marşrutu yaradılacaq

Gürcüstanda fəaliyyət göstərən Transqafqaz Piyada Turizmi Assosiasiyası Cənubi Qafqaz ölkələrini birləşdirəcək piyada turizm şəbəkəsinin yaradılması ilə bağlı yeni layihə hazırlayıb. Beş ilə başa çatacaq layihə Cənubi Qafqazda 20-dən çox milli parkı əhatə edəcək.

Bu sözləri Transqafqaz Piyada Turizmi Assosiasiyasının icraçı direktoru Pol Stefans Qərbi Gürcüstanın Tkibuli şəhərində layihənin təqdimatı zamanı söyləyib.

Bildirilib ki, Gürcüstan hökuməti, Milli Piyada Turizm Federasiyası, Milli Turizm Agentliyi və digər qurumlar layihəni dəstəkləyirlər.

Pol Stefans deyib ki, artıq qarşıdan gələn yay aylarından başlayaraq piyada turizm həvəskarları və könüllülər Gürcüstanın yüksək dağlıq ərazilərindən keçməklə Svaneti və Raça bölgələri arasında piyada cığırı aça biləcəklər. Hazırlıq işlərinin Azərbaycanda və digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub. Vahid piyada turizm marşrutu yaradıldıqdan sonra turistlər Qafqazın əsrarəngiz gözəlliyini görmək və mədəni müxtəlifliyini öyrənmək imkanı qazanacaqlar.

İcraçı direktorun sözlərinə görə, bu layihə Cənubi Qafqaz ölkələrinin yüksək dağlıq ərazilərində turizmin inkişafı ilə yanaşı, iqtisadi gəlirlərin artmasına da şərait yaradacaq.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir