Search
shareholder_01

Bu bankın səhmdarlarının sayında və pay bölgüsündə ciddi dəyişiklik baş verib

“AGbank” ASC-nin səhmdarlarının pay bölgüsündə və sayında ciddi dəyişiklik baş verib.

Bankın ikinci əsas səhmdarı olan Beynəlxalq Maliyyə Korporasiyasının bankdakı payı 17,5%-dən 4,28%-dək azalıb. Bununla yanaşı, digər xarici investor “Kazimir Partners”in kapitalda payı 10%-dən 2,45%-dək enib. İri səhmdarlardan olan Fərzulla Yusifov da bankda iştirak payını azaldıb. Belə ki, onun malik olduğu səhm paketi 17,767%-dən 5,79%-dək azalıb. Bankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev iştirak payını 23,27%-dən 31,68%-dək artırıb. Bununla yanaşı, bankın kapitalına yeni səhmdar daxil olub. Qriqoriy Marçenko bankda 8,3%-lik səhm paketinə yiyələnib. Q. Marçenko eyni zamanda Müşahidə Şurasının üzvüdür. Minoritar səhmdarların sayı və kapitalda iştirak payı artıb. Belə ki, bundan öncə 60 minoritarın 31,47%-i var idisə, hazırda onların sayı 84, kapitalda iştirak payı 68,32%-ə çatıb.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir