Search
426874

Bakıda “3D PrintConference” beynəlxalq konfransı keçiriləcək – FOTO

3D texnologiyaları prodakşnda uğurla istifadə edirlər

3D çapın imkanlar daim genişlənir və onun tətbiqi daha çox yeni sahələri tapır. Texniki tərəqqi sayəsində əl əməyi minimuma endirilir və bu da istənilən istehsalı ucuzlaşdırır. Üçölçülü çap vasitəsilə operativ olaraq istənilən art-obyektləri, geyim, silah, implantant və hətta ərzaq məhsulları yaratmaq mümkündür. Elə gəlir ki, additiv çapın imkanları sonsuzdur və çox güman ki, belə də var. İndi evdə olan 3D printerdən istifadə edərək,  istənilən obyektin layihə faylını yükləyib dərhal onu düzəltmək olur, misal üçün, bu gün 3D çap xidmətlərin göstərilməsi üzrə ən böyük saytı olan https://www.makexyz.com saytında nümayiş etdirilən kimi.

3D texnologiyalarla hətta şou-biznes nümayəndələri maraqlanmağa başlayıb. Hal hazırda eksklüziv dekorasiya və ya ekstravaqant geyimləri yaratmaq o qədər də çətin olmayacaq.

Belə məşhur və epataj müğənni Lady Gaga texniki tərəqqidən geri qalmır və öz yaradıcılığında 3D texnologiyalarından fəal istifadə edir. Müğənni 3D printerdə çap olunmuş dəbdəbəli donu geyinib səhnəyə çıxırdı.

Əlbəttə ki, onun klipləri üçün lokasiyaların yaradılması da üçölçülü çap olmadan keçmir.

3D çapın bütün potensialını Ledi Qaqanın 58-ci “Qremmi” mərasimindəki çıxışına tamaşa edərək qiymətləndirmək mümkün idi. Intel şirkətinin ekspertlər komandası onun səhnədə çıxışı zamanı rəqəmsal dəri illüziyasını yaratmışdılar. Onunla birlikdə hərəkət edən kameraların infraqırmızı zondun istifadə edilməsi sayəsində konsert boyu müğənninin üzünə dəyişilən qrim proyeksiya salırdı.

https://www.youtube.com/watch?v=3fGBZhsa4VU

Belə meykapı yüngül əks etdirilməsi üçün on iki müxtəlif mövqelərdən daim skan etmək lazım idi.

Kino çəkilişi isə artıq çoxdan additiv texnologiyalardan istifadə edir. Zəruri lokasiyaların və ya super-qəhrəman kostyumunun  yaradılması üçün çoxsaylı rekvizit çap olunur. Bütün bunlar filmin büdcəsinə öz müsbət təsirini göstərir.

Üçölçülü çapın parlaq nümunəsi vəsaitin qənaət məqsədilə tryuklar üçün avtomobillərin hazırlanması olmuşdur. Məsələn, “007: “Skayfoll” Koordinatları” filmdə səhnənin sonunda partlayan avtomobilin kiçildilmiş surəti istifadə olunur. Filmdə əsl Aston Martin DB 5 maşını istifadə olunsaydı, bu onlara ən azı yarım milyon funt sterlinqə başa gələrdi.

https://www.youtube.com/watch?v=T93T9Udh_5s

Cizgi filmlərdə personajların sifəti

Laika animasiya studiyası artıq birinci il deyil ki, cizgi filmləri yaratmaq üçün additivdən istifadə edir. 3D istifadə edilən ən məşhur əsər “Paranorman yaxud Zombinin əhliləşdirilməsi” olub. Cizgi film personajların sifətlərinin otuz bir mindən çox detallarından ibarətdir. Laika studiyasının multiplikatorları deyirlər ki, bu, təsvirə maksimum detallaşdırmanı verməyə imkan yaratmışdı. Cizgi film nümayiş etdirilmə müddəti ərzində 100 milyon dollardan çox qazanmışdır.

3D musiqi klipin qəhrəmanına çevrilir

Üçölçülü çap texnologiyasının maraqlı tətbiqini Cut Copy qrupun We Are Explorers klipinin quruluşçusu tapmışdır. Çəkiliş üçün iki miniatür personajı və onların iki yüzə yaxın nüsxəsi müxtəlif hərəkət növləri ilə çap olunmuşdur. Effekt üçün quruma işıq telləri tikilmişdir. Daha sonra kadr-kadr klip çəkilib və orada üçölçülü çapın iki miniatür əsəri sentimental artefaktları axtarırlar. Təqdimatından sonra tərtibatçılar bütün modellərin layihələrini internetə qoydular ki, hər kəs öz qəhrəmanını çap edə bilsin. Ehtimal olunur ki, fanatlar öz 3D fiquruq tarixini çəkə bilərlər və onlardan gələn klipdə istifadə etmək mümkün olacaq.

https://www.youtube.com/watch?v=h2deOnkx2fA

Böyük kino

Kinoda obraz yaratmaq üçün additiv texnologiyaların tətbiqinin ən parlaq nümunəsi Dəmir İnsanın geyimi olmuşdur. 3D çap sayəsində baş qəhrəmanın əyninə ideal gələn maket yaradılmışdır.

https://www.youtube.com/watch?v=2CzoSeClcw0

Materialların böyük assortimentini, eləcə də 3D printerin köməyi ilə yaradılmanın qiyməti və sürətini nəzərə alaraq, üçölçülü çapın tətbiq sahəsi, demək olar ki, sonsuz olur. İnnovasiya texnologiyası Azərbaycanın həyatının bütün sahələrinə necə təsir göstərə biləcəyini Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda Flame Towers-də mayın 20-də keçiriləcək 3D PrintConference konfransında öyrənmək olacaqdır.

Hakimiyyət nümayəndələrinin hadisəyə marağı və diqqəti 3D çapın perspektiv gələcəyinin birbaşa təsdiqidir.

Tədbir barədə ətraflı məlumatı http://3dprintconf.com/en saytına keçərək öyrənmək olar

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Mənbə: Milli.Az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir