Search
Пачки-с-долларами

Bugünkü hərrac sabahın məzənnəsini göstərdi

Bu gün Mərkəzi Bankın keçirdiyi hərracın nəticəsinə görə, sabah rəsmi USD/AZN məzənnəsinin 1.5077 manat səviyyəsi ətrafında olacağı gözlənilir.

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 32,4 milyon ABŞ dolları məbləğində vəsait 14 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılmışdır.

Hərracda təklif edilmiş dolların böyük bir hissəsi alındığından məzənnənin yüngül qalxacağı gözlənilir. Bu gün rəsmi USD/AZN məzənnəsi 1.5056 manata bərabərdir.

Qeyd edək ki, Martın 11-də USD/AZN rəsmi məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, Aprelin 26-da isə 1.5006 səviyyəsinədək düşmüşdü. Mərkəzi Bank müdaxilə edərək məzənnənin düşməsini dayandırdı.

Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir