Search
666cbf6c2388a052fa3a2b2332cbe5cf_XL

Onlayn xidmətdən internet bankçılığına doğru

“QoldenPey” ASC-nin İPO (səhmərin ilkin kütləvi yerləşdirilməsi) planı ləğv olunmayıb, sadəcə təxirə salınmışdır. Bunu ASC-nin təsisçisi Fərid İsmayılzadə bildirib.

“QoldenPey”in böyük planları olduğundan vəsaitə ehtiyacımız yaranacaqdır. Əgər Azərbaycan qanunvericiliyi təkmilləşərsə, Hesab.az Azərbaycanın İnternet üzərindən qurulmuş bankı olmaq istəyir. Bu bank filialı olmadan bütün bank xidmətlərini göstərəcəkdir. Biz bu layihəmizi reallaşdırmaq üçün küllü miqdarda vəsaitə ehtiyac duyacağıq. Həmin vəsaiti də səhmdarlardan yox, səhmlərin birjada kütləvi satışı vasitəsilə cəlb etmək istəyirik. Hazırda maliyyə bazarı qeyri-sabitdir, bazar normallaşan zaman İPO planımızı həyata keçirəcəyik. Texniki olaraq hər bir şey hazırdır. Son 3 ildir auditdən keçirik”,- o deyib.

Fərid İsmayılzadə əlavə edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər aparılacaqdır.

 Mənbə: Marja



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir