Search
insurance

Sığorta şirkətinin sədri dəyişdi

“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri dəyişib.

Şirkətin saytında verilən məlumata görə, yeni sədr Uğur İbrahim Selçuk oğlu Çağlardır.

O, Rəşad Əhmədovu əvəz edib.

Şirkətin Direktorlar Şurasının sədri Cemal Mustafa oğlu Melanlıoğludur.

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onun hüquqi varisidir.

 “Azərbaycan Sənaye Sığorta” ASC-nin, Səhmlərinin 70% “Anadolu İnvestment Kompani” MMC-yə, 25% “Azərbaycan Sənaye Bankı” ASC-yə, 5% isə “Azərbaycan Senaye Lizinq” MMC-yə məxsusdur.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir