Search
dSYYcjX6

Sığorta şirkəti bölgədəki filiallarına işçi axtarır

Satış üzrə mütəxəssis (Gəncə, Şəki bölgələri)

“Azərbaycan Sənaye Sığorta” ASC Gəncə və Şəki bölgələri üçün Satış üzrə mütəxəssislərin axtarışındadır.

Tələblər:

• Namizəd ali təhsilli olmalı;
• Yerli və ya xarici şirkətlərdə satış üzrə mütəxəssis və kimi ən azı 1 il iş təcrübəsi olmalı (üstünlük sığorta sahəsində çalışanlara veriləcək);
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə, ingilis dilinı orta səviyyədə bilməli;
• Gülərüz, xoşgörkəmli və müştəri fokuslu  olmalı;
• MS Office proqramlarını bilməli;
• Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratma bacarığına və inandırma qabiliyyətinə malik olmalıdır.

İş barədə məlumat:

1. Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan sığorta məhsul və xidmətlərin korporativ növlərini təşviq edir;
2. Mövcud olan korporativ müştərilərlə əlaqələri möhkəmləndirir  və potensial müştərilərə korporativ məhsul və xidmətləri təklif edir;
3. Şirkətə müraciət edən  müştərilərə  informasiya dəstəyini təmin etmək üçün keyfiyyətli xidmət göstərir;
4. Mövcüd korporativ müştərilərlə əlaqələri dəstəkləyir, yaxşılaşdırır və potensial müştərilər arasında şirkətin məhsul və xidmətlərini irəlilədir;
5. Sığorta müqavilələrinin müştərilərə vaxtı-vaxtında verir, müştərilərə sığortanın xırdalıqları və şərtləri barədə tam təlimatlandırır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@azersun.com elektron ünvanına göndərə bilər və ya aşağıdakı llink vasitəsilə online şəkildə müraciət edə bilərlər.
https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=116

CV göndərilərkən mövzu hissəsində vəzifənin adı (“Satış üzrə mütəxəssis” və bölgənin adı) qeyd olunmalıdır.

*”Azərbaycan Sənaye Sığorta” ASC  haqqında ətraflı məlumatı http://www.aiic.az/lang,az/ saytından əldə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir