Search
1459916157611816454_554x360

Bu bankomat cinayətkarlar üçün əlçatmaz olacaq

ABŞ-ın “Diebold” bankomat istehsalçısı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Money 20/20 Europe” konfransında yeni bankomat mühafizə konsepsiyasını nümayiş etdirib. “CryptoTouchTM” proqramı istifadəçinin bankomat ekranına daxil etdiyi PİN-kod məlumatlarını şifrələməyə imkan verir. Bu hələ tələb bankomat və ödəniş terminalı istehsalçıları mexaniki klaviaturadan imtina edərək sensorlu klaviaturaya keçməyə başladıqdan sonra yaranıb.

Proqram bank kartı sahiblərinin bankomat və ödəniş terminallarından təhlükəsiz istifadəsini təmin edəcək. PİN-kodun şifrələnməsi sayəsində fırıldaqçılar ondan cinayət məqsədilə istifadə edə bilməyəcəklər.

Əlavəni 2014-сü ildə “Diebold”un mülkiyyətinə keçən “Cryptera” şirkəti hazırlayıb. Şirkət ödəniş təhlükəsizliyi, o cümlədən PİN-kodun şifrələnməsi texnologiyası sahəsində aparıcı proqram təminatı tədarükçüsüdür.

Mənbə: “AzərTAc”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir