Search
unibank_logo

Azərbaycanın daha bir bankı bu il nəqliyyat kartları buraxa bilər

“Unibank” bu il buraxacağı kartlar vasitəsilə Bakıda ictimai nəqliyyatda gediş haqqını ödəmək mümkün olacaq. Bunu Trend-ə bankın pərakəndə xidmətlər üzrə direktoru Xalid Əhədov deyib.
X.Əhədov bildirib: “Biz tərəfdaşlarımızla, xüsusən “MasterCard”la “PayPass” təmassız kartların buraxılması üçün zəruri sertifikasiyadan keçmə haqqında danışıqlar aparırıq”.
“Yolkart” nəqliyyat kartları “MasterCard PayPass” təmassız çip debet kartının bazasında hazırlanır. Hazırda bu kartlar yalnız “Bank of Azerbaijan” tərəfindən buraxılır.
Onun sözlərinə görə, bu işə Unibank-ın işlədiyi prosessinq mərkəzi (MilliKart Group) və “MasterCard” cəlb edilib: “İstənilən halda əminəm ki, bu işi növbəti 6 ay ərzində, bəlkə də daha tez başa çatdıracağıq. Müştərilərimiz bu kartların bütün üstünlüklərindən istifadə edə biləcəklər”.
Qeyd edək ki, nəqliyyat kartının qiyməti 3 manatdır. Hazırda kart ödəniş sistemi 40 marşrutda tətbiq edilir. Yayadək bu rəqəm 70-ə çatdırılacaq. İndiyədək 10 mindən artıq nəqliyyat kartı alınıb.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir