Search
1433749182

Sığorta şirkətindən 326 min manat ödəniş

«PAŞA Həyat» sığorta şirkətinin fevral ayı üzrə nəticələri məlum olub. Bir ayda toplanan sığorta haqqlarının ümumi həcmi 10 421 000 manat olub. Sığorta yığımlarının 81,9 %-i könüllü sığorta növlərindən toplanılıb. Sığorta haqqlarının 18,1%-i və ya 1 884 000 manatı isə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü üzrə yığılıb.

Sığorta şirkəti ötən ay yığımlarının 9,4 %-ni müştərilərinə geri qaytarıb. Bir aylıq sığorta ödənişlərinin həcmi 258 sığorta hadisəsi üzrə 989 893 manat olub. Yanvar ayı ilə müqayisədə sığorta hadisələrinin sayı 4,1 dəfə, ödənişlərin məbləği isə 31,8% artıb. (yanvarda 62 hadisə üzrə 750 786 manat ödəniş edilib). Fevralda kredit götürən şəxslərin həyat sığortası üzrə 255 hadisə üzrə 325 840 manat ödəniş verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir