Search
bolkart_310314

Bolkart: Azərbaycanda ən çox istifadəçisi olan kredit kartı!

“Bank of Baku” Azərbaycanın ən çox istifadə edilən kredit kartı üçün “Bolkartı hamı sevir” şüarı altında növbəti imic kampaniyasına start verir.

Müştərilərini müxtəlif yenilik və kampaniyalarla daim sevindirən “Bolkart” istifadəçilərinin sayı böyük sürətlə artmaqda davam edir. Belə ki, bu günlərdə “Bolkart” sahiblərinin sayı artıq 210 mini aşıb və bu, yerli kredit kartları arasında ən yüksək göstəricidir.

Son zamanlar “Bolkart”ın populyarlığı müxtəlif səviyyələrdə öz əksini tapır. Bir müddət öncə “Bank of Baku” Azərbaycan Mərkəzi Bankı tərəfindən “Nağdsız ödənişlər üzrə lider bank” elan edildi. İnsanların “Bolkart”dan geniş istifadə etməsi “Bank of Baku”nun bu sahədə şəriksiz liderliyini təmin edib. Üstəlik, son vaxtlar bir sıra xəbər portallarının keçirdiyi sorğularda “Bolkart”ın qalibiyyəti bunu bir daha sübut edir.

Qeyd edək ki, 2011-ci ilin sonu “Bank of Baku” tərəfindən kütləvi dövriyyəyə buraxılan “Bolkart” Azərbaycanın hissə-hissə ödənişli ilk kredit kartıdır.

“Bolkart” müştərtiyə çoxlu sayda imtiyaz və üstünlüklər verir. Onlar arasında əsasları bunlardır:

1. Mindən çox yerli mağaza və ticarət mərkəzində alış-veriş
2. 12 aya kimi hissə-hissə ödəmə imkanı
3. “Bolkart”dan nağd pul çıxarmaq imkanı
4. “Bolkart”ın müştəriyə pulsuz verilməsi
5. Xaricdə “MasterCard” loqolu ticarət mərkəzlərində alış-veriş (Bolkart MC sahibləri üçün)
6. İnternetdə “MasterCard” loqosu olan istənilən onlayn mağazada alış-veriş (Bolkart MC sahibləri üçün)

Bu gün “Bolkart”la geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. “Bolkart”la hər hansı mal alıb onun dəyərini bərabər hissələrlə 1, 3, 6 və ya 12 aya ödəmək olar.

“Bolkart”ın onlayn sifarişi: http://bolkart.az/#openorder


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir