Search
2638e7a2f66afed1a71790e5ad2e892e

«Azər-Türk Bank» ASC «3D Secure» təhlükəsizlik sisteminə qoşulub

«Azər-Türk Bank» ASC göstərdiyi xidmətlərin keyfiyyətini artırılmaq məqsədilə «3D Secure» təhlükəsizlik sisteminə qoşulub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «3D Secure» vasitəsilə «Azər-Türk Bank»ın kredit və debit kartlarının istifadəçiləri onlayn ödəmələrini daha da təhlükəsiz və etibarlı şəkildə yerinə yetirə biləcəklər.

Qeyd edək ki, bank müxtəlif növ qeyri-nağd ödəmələri edə bilməsi üçün debit kartlarla yanaşı sərfəli şərtlərlə kredit kartları da təklif edir. Müştərilər kredit kartı vasitəsilə qeyri-nağd ödəmə etdikdən sonra borcunu 40 gün ərzində heç bir faiz ödəmədən geriyə qaytarmaq imkanına malikdir. Əgər istifadə edilən məbləğ növbəti ayın 10-a qədər tam şəkildə ödənilməsə qalıq borca görə aylıq sadəcə 1,83% əlavə ediləcək. «Azər-Türk Bank»ın kredit kartları vasitəsi ilə internetdə, ölkə xarici və daxilində, müxtəlif ödəmə əməliyyatları etmək mümkündür.

 

«3D Secure» xidməti və plastik kartlar barəsində daha ətraflı məlumat əldə etmək üçünhttp://www.azerturkbank.biz/PrivateCreditCards.html linki ziyarət edib, yaxud (012) 945 nömrəsi ilə əlaqə saxlamaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir