Search
happy-man-with-umbrella-300x200

Xoşbəxtlik nə qədər pula bərabərdir ?

İngilis araşdırmaçılar, xoşbəxtliyi ilk dəfə maddi dəyər ilə ölçüb. Araşdırmaya görə, inasnı ən çox rəqs etmək xoşbəxt edir və rəqsin verdiyi xoşbəxtlik isə 2200 manata ekvivalentdir.

“Xoşbəxtlik neçəyədir?” sualına cavab axtaran İngilis araşdırmaçılar, ilk dəfə xoşbəxtliyə maddi dəyər verib. Araşdırmaya görə, adamı ən varlı hiss etdirən fəaliyyət rəqs etməkdir. Rəqs edən adam, 1670 sterlinq, yəni təxminən 2200 manat qazanmış kimi özünü xoşbəxt hiss edir.

Araşdırma “London School of Economics” Universiteti tərəfindən aparılıb. 40 min ailəyə, ən çox hansı fəaliyyətin onaları xoşbəxt etdiyi soruşulub. Sonra xoşbəxtlik nisbətləri pul ilə müqayisə edilib. Aparılmış hesablamalar nəticəsində, incəsənət və idmanın adama illik gəliri 6600 manat artmış kimi xoşbəxtlik verdiyi müəyyən olunub.

Araşdırmaya görə, insana ən yaxşı xoşbəxtlik hiss etdirən fəaliyyət növü rəqs etməkdir. Rəqsin maddi dəyəri 2200 manatdır. İkinci yerdə üzməkdir. Üzməyin verdiyi xoşbəxtliyin maddi dəyəri 2100 manatdır. Üzməyin ardınca kitabxanaya getmək gəlir. Kitabxanaya getməyin maddi dəyəri isə 1000 manatdır. Araşdırmada, insanları xoşbəxt edən bu fəaliyyətlərin sağlamlığa təsiri də hesablanıb. Nizamlı olaraq mədəni tədbirlərə qatılanların və idman edənlərin, cəmiyyətin orta göstəricisindən daha sağlam olduğu ortaya çıxıb.

Mənbə: marja.az


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir