Search
bfb

Bakı Fond Birjasında növbəti hərrac baş tutmuşdur

2016-cı il 5 aprel tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102008494 ISIN kodlu, tədavül müddəti 91 gün olan 15,0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
İnvestorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 56.5 mln. manat təşkil etmişdir.
Banknews-un əldə etdiyi məlumata əsasən Maliyyə Nazirliyi tərəfindən 15,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97.1000 (gəlirlilik 12.1455%), orta ölçülmüş qiyməti isə 97.3346 (gəlirlilik 11.1361%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 05 iyul 2016-cı ildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir