Search
f1a0878a4bf41100896243cfec9420af_XL

Beynəlxalq Bankın səhmlərinin kütləvi təklif əsasında satışına başlanılır

“Azərbaycan Beynəlxalq Bankı”nın 5,3 milyonluq səhimi kütləvi təklif əsasında satılacaq

“Azərbaycan Beynəlxalq Bank” ASC-nin AZ1003004582 dövlət qeydiyyat nömrəli, nominal qiyməti 0.26 manat, olan adi adlı sənədli səhmlərinin yerləşdirilməsi üzrə emitentin nizamnamə kapitalında səhmdarların paylarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etmək üçün nəzərdə tutulmuş üstünlük hüququnun müddətinin bitməsi ilə əlaqədar, 14 aprel 2014-cü il tarixindən etibarən (bu tarix daxil olmaqla), Emitentin üstünlük hüququ müddəti ərzində yerləşdirilməmiş 5 338 661.12 manatlıq (20 533 312 ədəd) səhmlərinin Bakı Fond Birjasında kütləvi təklif əsasında satışı başlanılır. Bu barədə “Marja”ya Bakı Fond Birjasından bildirilib.

Yerləşdirmə 25 may 2014-cü il tarixinədək davam edəcəkdir. Səhmlərin alışında maraqlı olan olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.

Qeyd edək ki, sözügedən səhmlər 12 dekabr 2013-cü il tarixindən Bakı Fond Birjasında yerləşdirilməyə başlanılmışdır. Hazırda yerləşdirilməyə çıxarılmış və nominal dəyəri 200 000 001.50 manat olan (769 230 775 ədəd) səhmlərdən, 194 661 340.38 manatlıq (748 697 463 ədəd) hissəsi artıq yerləşdirilmişdir. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir