Search
BankofBaku

BankOfBaku-da Vakansiyalar

Vəzifə: İstehlak kreditləri eksperti
Əsas vəzifə və öhdəliklər:
Bankın daxili qaydalarına əsasən müəyyən edilmiş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin təhlilində iştirak edir
Müəyyən olunmuş limitlər çərçivəsində və ya Kredit Komitəsində müsbət qərar almış ərizələrin təhlilində iştirak edir
Verilmiş kreditlərin öhdəliklərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir və bankın daxili qaydalarına əsasən xüsusi proqram təminatı vasitəsilə təqib edir
Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir
Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Istehlak kreditləri bölməsinin girov qeydiyyatına götürülməsi və çıxarılması barədə sənədlərin hazırlanmasını təmin edir
Tələb olunan kriteriyalar:
Ali təhsil ( ali iqtisadi təhsilin olması üstünlük təşkil edir)
Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
Əla ünsiyyət qurmaq bacarığı
Məsuliyyətli və dəqiq
Təhlil etmə bacarığı
Azərbaycan və Rus dillərini əla bilmək
MS Office proqramlarında işləmək bacarığı
Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Vəzifə: Mikrokredit eksperti

Əsas vəzifə və öhdəliklər:

Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir
Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir
Kreditin verilməsi ilə bağlı təklif hazırlayır
Kredit portfelinin keyfiyyətinə nəzarət edir

Tələb olunan kriteriyalar:

Ali təhsil ( ali iqtisadi təhsilin olması üstünlük təşkil edir)
Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
Müştərilərlə ünsiyyət qurmaq bacarığı
Təhlil etmə bacarığı
Məsuliyyətli və dəqiq
Stresə davamlılıq
Azərbaycan dilini əla bilmək (Rus dili biliklərinin olması üstünlük təşkil edir)
MS Office proqramlarında işləmək bacarığı
Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir.

Vəzifə: Məlumat Xidməti bölməsinin kiçik eksperti

Əsas vəzifə və öhdəliklər:

İstehlak kreditləri layihələri üzrə müraciətçilərin bankdaxili qaydalara əsasən təqdim etdikləri sənədlərin ilkin ekspertizasını aparır
Filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə müraciətçilərə ilkin məlumatları verir və müraciətçilərin istəyinə əsasən onları müvafiq bölmələrə yönəldir
Müştərilərin sorğularını cavablandırır
Daxil olan və çıxan məktubların, dövri nəşrlərin qeydiyyatını aparır
Filiala olunan telefon zənglərinə cavab verir, zərurət olduqda müraciətçilərə və müştərilərə filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə ilkin məlumatları verir
Növbənin avtomatik idarəedilmə sistemi ilə bağlı filiala daxil olmuş şəxslərin suallarına cavab verir və lazım olduqda onlara köməklik göstərir

Tələb olunan kriteriyalar:

Ali və ya orta ixtisas təhsilli xanımlar
Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir
Təşkilatçılıq bacarığı
Əla ünsiyyət qurmaq bacarığı
Məsuliyyətli və dəqiq
Stresə davamlılıq
Azərbaycan və Rus dillərini əla bilmək
MS Office proqramlarında işləmək bacarığı

Vəzifə: Risklərin İdarə Edilməsi/Analitik Mərkəz Xidmətinin eksperti
Əsas vəzifə və öhdəliklər:

Bazar araşdırmaları aparmaq;
Bank sektorunda ve umumi iqtisadiyyatda olan dəyişikliklər və onların banka olan təsiri üzrə proqnozlar vermək və bununla bağlı aylıq, rüblük və illik hesabatlar hazırlamaq.
Tələb olunan kriteriyalar:

Ali təhsil
Bank sahəsində və ya digər maliyyə institutlarında bir ildən artıq iş təcrübəsinin olması
Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
Məsuliyyətli və dəqiq
Öyrənməyə həvəsli
Azərbaycan dilini əla bilmək (Rus və İngilis dili biliklərinin olması üstünlük təşkil edir)
MS Office proqramlarında işləmək bacarığı

Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Analitik mərkəz xidməti” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində hr@bankofbaku.com ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 25 Fevral 2014-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir