Search
International_bank_Azerbaijan_Moscow_kogo_241012

Azərbaycanın iri bankının törəmə strukturu 87 milyon dollarlıq istiqraz buraxacaq

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə”strukturu “ABB-Moskva” bankı bu il 3 milyard rublluq istiqraz buraxmaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Bank ümumi nominal dəyəri 6 milyard rubl məbləğində kağızların iki buraxılışını kütləvi təklif üsulu ilə satmaq niyyətindədir.

Məlumatda bankın İdarə Heyətinin sədri Fuad Abdullayevə istinadən bildirilir: “2013-cü ildə keçirilən ilk istiqraz buraxılışının yerləşdirilməsi göstərdi ki, sərmayəçilər tərəfindən bankımızın istiqrazlarına böyük maraq mövcuddur. Bu ildə biz “ABB-Moskva”nın istiqrazlarına sərmayəçilər tərəfindən belə marağın olacağını gözləyirik”.

Mayın 27-də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi hər iki emissiyaya “ВВ(ЕХР)” reytinqi verib.

trend.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir