Search
bank

Banklarda vəziyyətin yaxın zamanda dəyişəcəyi gözlənilmir

«Neftin qiymətinin azalması və ardıcıl valyuta devalvasiyası Azərbaycan banklarının kapital ehtiyatına mənfi təsir edib və onların problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaradıb». Bu barədə «Fitch Ratings»in ekspertləri bildiriblər. Ekspertlər bildiriblər ki, «Fitch» Azərbaycan banklarını artıq mənfi reytinqdə yerləşdirsə də, mümkün gərginliklərdən irəli gələrək bunun gələcəkdə də mənfi reytinqdə qalması proqnozlaşdırılır.

Şirkətin açıqlamasında bildirilir:

Bank sektoru üzrə problemli kreditlərin (PK; 90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ildə 9.5%-ə yüksəlib (2014: 8.3%), lakin iqtisadi durğunluq (“Fitch” 2016-cı ildə real ÜDM-nin 3.3% azalacağını proqnoz edir) və xarici valyutanın (2015-ci ilin yekununda 51%) böyük bir hissəsinin əsasən hedcinq edilməmiş borcalanlara verilməsi səbəbindən aktivlərin keyfiyyətinin əsaslı şəkildə daha da azalması riskləri vardır. Həmçinin bəzi banklarda restrukturizasiya kreditlərinin (2015-ci ilin yekununda təxminən 15%) və hesablanmış faizlərin çox olması da aktivlərin keyfiyyətinə təsir etmişdir.

“Fitch” Azərbaycan banklarının kapitallaşmasını, ümumiyyətlə, zəif qiymətləndirir. “Fitch” tərəfindən qiymətləndirilən bankların xarici valyuta risk dərəcəsi üzrə ölçülmüş aktivləri (RÖA) artıdıqca kapitalın adekvatlıq əmsalları 50% valyuta devalvasiyasından sonra 3-5 bənd azalıb. Bəzi banklar hedcinq edilməmiş qısa mövqe səbəbindən birdəfəlik valyuta çevirmələrindən irəli gələn mühüm itkilərə də məruz qalmışdır. Bankların göstəricilərinin normativə uyğunlaşdırılması üçün Mərkəzi Bank minimum kapital əmsalını 10%-dən 12%-ə endirib.

Ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB, BB\Mənfi\b-) problemli kreditlərin 3 milyard manatlıq hissəsinin transfer edilməsi və risk dərəcəsi üzrə ölçülmüş aktivlərin (RÖA) müvafiq azalması nəticəsində məcmu kapital əmsalını 12% civarında qoruyub saxlaya bilmişdir. Bununla belə, biz ehtimal edirik ki, ABB-nin daha 3 mlrd. manatdan artıq həcmdə təmin olunmayan problemli kreditləri vardır (2015-ci ilin yekununa 3.4x məcmu kapitalı), buna görə də 2016-cı ilin II rübündə bankın kapitalına əlavə 500 mln. manat vəsaitin yatırılması bankın kredit qabiliyyətinin tam şəkildə bərpa edilməsi məqsədi ilə əlavə problemli kreditlərin azad edilməsi ilə müşayiət edilməli olacaq.

Valyutanın devalvasiya etməsi bankların 2015-ci ili zərərlə başa vurmasına səbəb olub. Hesab edirik ki, 2016-cı ildə kreditlərin dəyərsizləşdirilməsi hesabına qorunan valyuta ehtiyatları bank sektorunun dəyərsizləşdirmədən əvvəlki mənfəətini tamamilə sərf edəcək.

Dekabr 2015-ci il-yanvar 2016-cı ildə əhalinin bank depozitlərinin təxminən 10-15%-ni geri götürdüyü dövrlərdə müəyyən boşluqdan sonra likvidlik stabilləşmişdir. Olduqca aram inkişaf etməsinə baxmayaraq, bank sektoru Mərkəzi Bank və digər dövlət qurumlarının (2015-ci ilin yekununa cəmi öhdəliklərin 20%-indən çox) maliyyələşdirməsindən asılı olaraq qalmaqdadır.

“Fitch” 2015-ci ilin dekabr ayındakı valyuta devalvasiyasından və 2016-cı ilin fevral ayında valyutanın daha aşağı kateqoriyaya salınmasından sonra Azərbaycan banklarını mənfi reytinqdə qiymətləndirib. “Fitch”dən kredit reytinqi alan Azərbaycandakı 8 kommersiya bankından 7-si “neqativ” proqnoza sahibdir. “Accessbank” (BB+), ABB (BB) və “Paşa Bank”ın (BB-) dəstək yönümlü BDQ-ləri beynəlxalq səhmdarların (Access) və ya Azərbaycan qurumları (ABB, Paşa) tərəfindən potensial dəstək görür və mənfi proqnozlar ölkənin suveren reytinqinə təsir edir. Digər bankların reytinqləri həssas xarakterli müstəqil kredit profillərini əks etdirərək “B” kateqoriyasında və yaxud daha aşağı kateqoriyada dayanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir