Search
risisng dollar chart

Dollarla bağlı xəbərdarlıq

Beynəlxalq kredit reytinqi agentliyi Fitch Reyting, ABŞ-da 2016-cı ildə iqtisadi artımın 1.8 faiz olaraq gördüyünü açıqlayıb.

Çin üçün isə, rəsmilərin səylərinin artması və təşviq siyasəti ilə bağlı olaraq iqtisadi inkişaf gözləntilərini 2016-cı il üçün 6,2% müəyyən edib, 2017-ci il üçün 6%-dən 6.3%-ə qaldırıb.

Fitch-in baş iqtisadçısı Brayan Coulton, “İnkişaf edən bazarlara yönəlmiş təhdidlər, Çindəki iddialı təşviq siyasəti və əmtəə qiymətlərinin sabitləməsilə bağlı olaraq azalıb”- deyib.

Fitch açıqladığı hesabatda, “Qlobal miqyasda enerji sektorundakı investisiya xərclərindəki azalma, Çində investisiyaların yavaşlaması , Rusiya və Braziliyadakı daxili tələbatın kəskin azalması son iki ildə aşağı neft qiymətlərinin qlobal inkişafa müsbət təsirini neytrallaşdırdı. Bu baxımdan, gözləntilərdən daha pis ABŞ-ın birinci rüb iqtisadi artımı, ixracın iki rüb ardıcıl tənəzzülü, neftə bağlı sərmayənin üçdə bir nisbətində düşməsi və sənaye istehsalında əlavə azalmalar, iqtisadiyyat üzərindəki xarici şoklara əlavə dəlil təşkil edir” deyə bildirilir.

Coulton, “ABŞ-da istehlakçı xərcləri hələ də xeyli aşağıdır. Yenə də ABŞ-ın özəl sekorunda, iqtisadiyyatı daha dərin tənzimləmələrə itələyəcək bir ziddiyət görmürük”,- deyib.

Fitch qeyd edir ki, 2015-ci ilin sonlarından bəri zəiflən dollar da, inkişaf edən bazarlar, borclular və pul vahidlərinəzyiqin azalmasına yardım edib. Fitch yenə, dolların 2016-da Fedin faiz artırması ehtimalı ilə birlikdə yüksəyi barərdarlıq edir.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı Fed-in bu il 2-3 də faiz artıracağı gözlənilir. Faizlərin artırılmasına İyun və ya İyul ayından başlanılacağı gözlənilir.

Fitch, Avro bölgəsi iqtisadiyyatının, əhalinin xərclərinin artması, məşğulluq bazarındakı inkişaf və bank kreditlərinin böyüməsilə mərhələli yaxşılaşmayolunda getdiyini bildirib. Fitch, Avro bölgəsinin 2016-cı il böyümə təxminini 0.1 faiz artıraraq 1.6%ə çıxardıb. İngiltərə üçün olan proqnozunu isə 0.2 faiz aşağı salaraq 1.9%-ə endirib və bu da Brexit referendumu öncəsi qeyri-müəyyənliyin təsirlərini əks etdirir.

Fitch, 20 inkişaf etmiş və inkişaf edən ölkəni əhatə edən qlobal iqtisadi artım proqnozunu isə 2016-cı il üçün 2.5%-də saxlayıb. Qlobal inkişafın 2017-ci ildə, Rusiya və Braziliyadakı inkişafın başlaması və enerji qiymətlərinin qalxması ilə 3%-ə yüksələcəyi gözlənilir.

Mənbə: Marja

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir