Search
Business forum_420x250

İyun ayında V Azərbaycan Beynəlxalq sığorta forumu keçiriləcəkdir

İyunun 19-20-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə V Azərbaycan Beynəlxalq sığorta forumu keçiriləcəkdir.
Forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər, sığorta sektorundakı meyllər və əməkdaşlıq imkanları müzakirə ediləcəkdir.
Forumda müzakirə ediləcək əsas məsələlər aqrar sığorta, fəlakət risklərindən sığorta, təkrar sığorta, tibbi sığorta, o cümlədən icbari tibbi sığortanın tətbiqi, avtomobil sığortası üzrə zərərlərin tənzimlənməsi olacaqdır. Həmçinin tədbirdə 2013-2014-cü illərdə Azərbaycanın sığorta bazarı, Qafqaz regionunun sığorta bazarında investisiya imkanları, yaşıl kart sisteminin tətbiqi məsələləri də diqqət mərkəzində olacaqdır.
Forumda yerli və xarici sığorta bazarını təmsil edən 250-dən artıq şirkətin nümayəndələrinin iştirakı gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir