Search

Bank VTB sığorta məhsulu təklif edir

Azərbaycan banklarından biri paket sığorta məhsullarının satışına başlayır. Söhbət “Bank VTB (Azərbaycan)”dan gedir. Bankdan verilən məlumata görə, yeni məhsullar öncədən müəyyən edilmiş qaydada sabit şərtləri, riskləri və sığorta təminatını özündə əks etdirir. Bunlar “KASKO Avtomobil Sığortası” , “Daşınmaz Əmlakın Sığortası” və “Bədbəxt Hadisələrdən Sığorta” kimi məhsullardır. Hər bir sığorta məhsulunun müddəti 1 ildir.

KASKO sığortasının qiyməti 99 və 220 manat təşkil edir. Əmlakın sığortalanması zamanı məhsulun qiyməti bölgədən asılı olaraq dəyişir – 48 manatdan 70 manatadək. Bədbəxt hadisələrdən sığortanın qiyməti isə 30 və 35 manatdır. Sığorta polisinin alınması və rəsmiləşdirilməsi “Bank VTB (Azərbaycan)”ın filiallarında həyata keçirilir və əlavə olaraq sığorta şirkətinə müraciət etməyə ehtiyac yoxdur.

1 (123)

Sənədlərə olan tələblər minimaldır. Belə ki, “KASKO Avtomobil Sığortası” məhsulu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Əmlakını sığortalamaqda maraqlı olanlar şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim etməlidir. Bədbəxt hadisələrdən sığortalanarkən yalnız şəxsiyyət vəsiqəsi lazımdır.

Bundan başqa, “Bank VTB (Azərbaycan)”ın paket sığorta məhsullarını hədiyyə üçün də almaq mümkündür.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir