Search
manatdollar

Manatla bağlı bank rəhbərindən təklif

Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsi 16-18% olmalıdır. Bu barədə “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

Bu il Azərbaycanda uçot dərəcəsi 2 dəfə artırılıb. Fevralın 15-də AMB uçot dərəcəsinin 3%-dən 5%-ə, martın 4-də isə 5%-dən 7%-ə qaldırılmasına qərar verib. «Mənim fikrimcə, hər şeydən vacib manatın real dəyərinin göstərilməsidir. Bunun üçün isə AMB uçot dərəcəsini artırmalıdır. İndi bu göstərici 7%-dir ki , bu da istehlak bazarının manat kütləsində həcminin əks etdirmir» – deyə Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, manatla likvidlik hazırda bazarda ən çox müzakirə olunan məsələdir və onun həcminin artması bazarda spekulyasiyalara yol aça bilər, çünki milli valyuta ilə bağlı narahatlıq var. «PAŞA Bank» rəhbəri həmçinin kreditləşmənin məqsədyönlü şəkildə aparılmasının vacibliyini də qeyd edib: «Yaxşı olar ki, valyuta ilə bağlı hərraclar da ikitərəfli keçirilsin, təkcə Mərkəzi Bank valyuta satmasın, həm də banklar özü bunu etsinlər».

Taleh Kazımov həmçinin təklif edib ki, manat əmanətlərinin sığortalanması üçün faiz həddi artırılsın, çünki hazırki 12% milli valyutanın real dəyərinə uyğun deyil. Hər şeydən əvvəl ona görə ki, Maliyyə Nazirliyinin buraxdığı manat istiqrazlarının gəlirliliyi təxminən 16%-dir: «Bu, bankların maliyyə sabitliyini poza bilər. Əhali banklara əmanət pul qoymaqdansa, onu dövlət istiqrazlarına yatırmağa üstünlük verə bilər».




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir