Search
maliyye nazirliyi banknewz.az

Bank və BOKT-lara Maliyyə Nazirliyi nəzarət edəcək

Maliyyə Nazirliyinə nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsi sahəsində səlahiyyətlər verilib.

Ölkə başçısı İlham Əliyevin fevralın 26-da imzaladığı “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında bu öz əksini tapıb.

Dəyişikliyə əsasən Maliyyə Nazirliyinə müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səlahiyyəti verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir