Search
azmont bank banknewsaz

Azərbaycan Bankı Monteneqroda

Respublikada bank sisteminin yaşadığı çətinliklər yerli investorları xaricə üz tutmağa məcbur etmişdir.

Monteneqronun Mərkəzi Bankı “Azmont Bank”a bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verib. Monteneqro mətbuatına əsasən bu, ölkə ərazisində fəaliyyət göstərən 15-ci bank olacaq.

Bank “Azmont Investments” layihəsinin azərbaycanlı investoru və “Azerbaijan Global Investments” (AGI) şirkəti tərəfindən təsis edilib.

“Azmont Bank” Kumbor kurort zonasında yerləşən “Portonovi” kompleksinin maliyyələşdirilməsini həyata keçirəcək.

Yerli KİV yazır ki, AGI maliyyə sektorunda böyük iş təcrübəsinə malikdir. Onun strategiyası Azərbaycandan kənarda investisiya layihələrinin reallaşdırılmasından ibarətdir.

Qeyd edək ki, “Portonovi” Monteneqro ərazisində ən iri kurort komplekslərindən biridir. Bura “One&Only” otel kompleksi, iqamətgahlar, villalar və evlər, mağazalar, restoranlar, SPA mərkəzi, yaxtalar üçün liman daxildir. Kompleksin 2018-ci ildə istismara verilməsi nəzərdə tutulub.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir