Search
apple-pay taraz.az

Online hesablaşmalar Bank bazarında inqilab edəcək

Dünyada smartfonların geniş yayılması və mobil ödəniş sistemlərinin yaranması yaxın illərdə bu xidmətin auditoriyasının xeyli artmasına səbəb olacaq. “Ovum” şirkətinin proqnozuna əsasən, 2019-cu ilədək təxminən 4,77 milyard insan mobil qurğuların köməyi ilə ödəniş edəcək. Mobil ticarət, smartfon üzərindən həyata keçirilən “P2P” ödənişlər və smartfonda virtual kart üzrə simsiz ödənişlər kimi sahələri araşdıran tədqiqat müəlliflərinin nəticəsinə əsasən, mobil ticarət sahəsində daha böyük artım gözlənilir.

Ölkəmizdə nağdsız hesablaşmaların təşviqinə dövlət dəstəyinin təmin edilməsi məqsədi ilə Milli Məclisdə bu növ hesablaşmaların vergidən azad edilməsi ilə bağlı qanun layihəsi müzakirə edilir. Əgər qanun qəbul olunarsa Ölkəmizdə də online ödəmələrin həcmi əhəmiyyətli dərəcədə artacaqdır. Bu isə öz növbəsində iqtisadi münasibətlərin şəffaflaşdırılmasında mühüm rol oynayacaq və bank bazarını genişləndirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir